Konqreslər Bürosunun sıraları genişlənir

 

Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədi ilə yaradılan Azərbaycan Konqreslər Bürosunun üzvlərinin sayı getdikcə artmaqdadır. Azərbaycanın turizm bazarının aparıcı iştirakçılarını bir araya gətirən Büronun üzvləri sırasına Geo Travel səyahət şirkəti qoşulub. Yapon Səyahət Agentlikləri Assosiasiyası (JATA) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvü olan Geo Travel, həmçinin cari ilin aprel ayından büronun gümüş üzvüdür. Beləliklə, Büronun üzvlərinin sayı 25-ə çatıb.

Səyahət təşkili sahəsində geniş təcrübəyə malik olan Geo Travel dünyanın 45 ölkəsinə turlar təşkil edir və xüsusi proqramlar həyata keçirir.

 

Mədəniyyət.- 2015.- 8 may.- S. 10.