Müasir mədəni
menecmentdə gənclərin rolu
Mayın 6-da Göyçay şəhərində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Müasir mədəni menecment: gənclərin rolu" adlı zona seminar-müşavirəsi keçirilib.
Qeyd edək ki, rayon mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşların fəaliyyətinin stimullaşdırılması, nəzəri hazırlıq səviyyəsinin artırılması, yaradıcı mühitin dəstəklənməsi, habelə müəssisələrarası işgüzar əlaqələrin təmin olunması və əməkdaşlar arasında təşəbbüskarlıq keyfiyyətlərinin inkişafı məqsədilə nazirlik tərəfindən müxtəlif xarakterli tədbirlər təşkil olunur. Bu qəbildən tədbirlər 20-dən artıq rayon və şəhərdə keçirilib. Sözügedən müşavirədə Göyçay, Ucar, Ağdaş, Kürdəmir, Ağsu və İsmayıllı rayonlarının da mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.
Nazirliyin Elm, təhsil və gənclərlə
iş şöbəsinin Elm sektorunun müdiri Asif Usubəliyev
ölkədə həyata keçirilən mədəniyyət
siyasətinin qarşısında duran əsas hədəflər,
ölkə rəhbərliyinin mədəniyyət sahəsinə
göstərdiyi diqqət sayəsində əldə olunan
uğurlar, ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsində
mədəniyyət amilinin artan əhəmiyyəti barədə
iştirakçılara geniş məlumatlar verib. Gənc mədəniyyət
işçilərinin potensialından səmərəli istifadə
yolları, respublikamızda keçirilən beynəlxalq tədbirlərin
təşkili zamanı qüvvələrin səfərbər
olunması, sahənin inkişafına xidmət edəcək
kreativ təkliflərin müəyyənləşdirilməsi,
müəssisələr və rayonlar arasında daha effektiv
koordinasiya işlərinin aparılması və s.
mövzularda fikir mübadiləsi aparılıb.
Mədəniyyət.- 2015.- 13 may.-
S. 11.