Bakı rusiyalı turistlər arasında populyarlığına görə dördüncüdür

Bakı rusiyalı turistlərin may bayramları günlərində daha çox səfər etdikləri MDB şəhərlərinin beşliyinə daxildir.

Rusiyanın «Oktogo.ru» onlayn hotel bronlama xidməti may ayının bayram günlərində ölkə turistlərinin səfərləri üçün ən populyar şəhərləri müəyyən edib. Məlum olub ki, Bakı rusiyalılar arasında populyarlığına görə MDB şəhərləri sırasında dördüncü yeri tutur.

May ayının bayram günlərində səfərlərin sayına görə Minsk MDB şəhərlərinin reytinq cədvəlində birincidir.

«Oktogo.ru» xidmətinin məlumatına görə, may bayramlarında Rusiya turistləri orta hesabla 4 günlüyə Bakıya gəliblər və mehmanxanalarda qalmaq üçün günə orta hesabla təqribən 75 dollar xərcləyiblər. Minskdə turistlər bir gün hoteldə qalmağa orta hesabla 67 dollar, Almatıda isə 56 dollar ödəyiblər.

 

 Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2015.- 13 may.- S. 9.