Musiqi məktəbində bayram konserti

 

Mayın 7-də faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə paytaxtın Pirallahı rayonunun 14 nömrəli uşaq musiqi məktəbində "Qələbədən Qələbəyə" adlı konsert proqramı keçirilib. Konsertdə şagirdlərin bir-birindən gözəl ifaları təqdim olunub.

Məktəb ansamblının "Azərbaycanım" mahnısı ilə açdığı proqramda daha sonra fortepiano şöbəsinin şagirdləri İradə Novruzova, Angelina Mustafayeva, Aygün Əliyeva L.Bethoven, T.Quliyev və F.Əmirovun əsərlərini ifa ediblər. Növbəti çıxış məktəbin xor kollektivinin olub. Sonda məktəbin nağaraçalanlardan ibarət “Ritm” qrupunun möhtəşəm çıxışı alqışlarla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 13 may.- S. 6.