Monteneqroda beynəlxalq kitab sərgisi

“Azərbaycan xalçaları - İrəvan qrupu” kitabı mükafata layiq görülüb

 

Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi 10-cu beynəlxalq Podqoritsa kitab sərgisində təmsil olunub. Sərgidə nümayəndəliyimiz və Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Əlaqələr Mərkəzi tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları və iqtisadiyyatı, Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair rus, ingilis, serb və Monteneqro dillərində kitablar nümayiş olunub. “Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən ümummilli lider Heydər Əliyevə həsr olunan kitab, Xalq yazıçısı Elçinin “Ölüm hökmü” kitabı, uşaqlar üçün Azərbaycan şairlərinin şeirlər toplusu, Üzeyir Hacıbəylinin bioqrafiyası, Azərbaycan-serb lüğəti və digər nəşrlər sərgidə maraqla qarşılanıb.

Dünyanın müxtəlif ölkələrinin təmsil olunduğu, 30 mindən artıq ziyarətçinin qatıldığı sərgidə “Azərbaycan xalçaları - İrəvan qrupu” kitabı münsiflər heyətinin yekdil qərarı ilə “Ən gözəl tərtibatlı nəşr” mükafatına layiq görülüb.

 

Mədəniyyət.- 2015.- 15 may.- S. 15.