Sözün və sənətin işığında

 

Ağsu rayon Çiyni kənd mədəniyyət evində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Mətləb Məmmədoğlunun 50 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib. İştirakçılar əvvəlcə şairin yaradıcılığından bəhs edən kitab sərgisi ilə tanış oldular.

Tədbiri şair Kərəm Kürqıraqlı açaraq Mətləb Məmmədoğlunun yaradıcılığından danışıb. Fəlsəfə elmləri doktoru Əlisa Əhmədov, Bakı şəhəri 54 saylı məktəbin müəlliməsi Sədəf Əhmədova, Azərbaycan Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşid Mahmudov, şair Vəli Qaraçaylı, rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Cavanşir Şeydazadə, Təhsil Şöbəsinin müdiri Tahir Xası, şair Raqif Nazimoğlu və digər çıxış edənlər yubilyarı təbrik ediblər. Sonda Mətləb Məmmədoğlu iştirakçılara təşəkkürünü bildirib, oxucularına yaradıcılıq planları haqqında məlumat verib.

 

Mədəniyyət.- 2015.- 15 may.- S. 12.