Bəşəri bəlanın rəngləri

 

Qusar Rayon Rəsm Qalereyasında gənclərin əl işlərindən ibarət “Narkomanlığa “yox” deyirik” mövzusunda sərgi keçirilib. Sərgidə 40-dan artıq rəsm nümayiş olunub. Qalereyanın direktoru Nərminə Laçınova çıxışında dövrün ümumbəşəri problemi olan narkomaniyaya qarşı mübarizənin cəmiyyətin gələcəyi üçün vacibliyindən söz açıb. Qalereyanın bələdçisi Nərgiz Hüseynəliyeva tədbir iştirakçılarını sərgi ilə tanış edib. Sərgidə fərqlənən gənc rəssamlara diplom və hədiyyələr təqdim olunub.

 

Mədəniyyət.- 2015.- 15 may.- S. 12.