İlk Avropa Oyunlarının himni

 

Azərbaycan Televiziya və Radiosunun musiqi kollektivləri səsyazma evində Tofiq Əhmədov adına estrada-simfonik orkestrinin və Cahangir Cahangirov adına xorun müşayiəti ilə “İlk Avropa Oyunları himni” və “Zəfər nəğməsi” mahnısı lentə alınıb. Mahnı və himnin sözləri Abdulla Qurbaninin, musiqisi gənc bəstəkar Nigar Qarayevanındır.

“Zəfər nəğməsi”nin ifaçısı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və səsyazma evinin direktoru, vokalçı Ramil Qasımov, “İlk Avropa Oyunları himni”nin ifaçıları isə Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Ayşən Mehdiyeva, Günay İmamverdiyeva, Orxan Hüseynli, Sərxan Bünyadzadədir.

Həmçinin bəstəkarlar Eldar Mansurov və Azad Zahidin şair Vahid Əzizin sözlərinə yazdıqları Avropa Oyunlarına həsr edilən iki yeni musiqi əsəri də tezliklə tamaşaçılara təqdim olunacaq.

 

Mədəniyyət.- 2015.- 15 may.- S. 9.