Gənc ifaçılar İstanbul piano festivalında

 

4-10 may tarixində Türkiyənin İstanbul şəhərində X beynəlxalq piano festivalı (Pera Piano Festival - 2015) keçirilib. Festivala Türkiyə, Azərbaycan, Qazaxıstan, Makedoniya, Belarus, Rusiya və Ukraynadan iştirakçılar qatılıblar. Ölkəmizi festivalda G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin IX sinif şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı Fidan Tağıyeva və V sinif şagirdi, respublika müsabiqəsi laureatı Jalə İslamova təmsil edib.

Müsabiqə 10 yaşadək, 11-14, 15-18 və 19-24 yaş qruplarında keçirilib. Münsiflər heyətinin sədri Bakı Musiqi Akademiyasının professoru bəstəkar Ceyhun Allahverdiyev idi.

Münsiflər heyətinin qərarına əsasən, 11-14 yaş qrupunda Jalə İslamova diplomant, 15-18 yaş qrupunda isə Fidan Tağıyeva III yerə layiq görülərək müsabiqənin laureatı adını qazanıb.

 

Mədəniyyət.- 2015.- 15 may.- S. 5.