Xortdanın cəhənnəm məktubları

Yeni tamaşaya kalmıkiyalı rejissor quruluş verir

 

Rusiya Federasiyası Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi və Azərbaycanın fəxri mədəniyyət işçisi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əbdürrəhim bəy Haqverdiyevin Xortdanın cəhənnəm məktubları povesti əsasında eyniadlı tamaşaya quruluş verir.

İki teatr arasında yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən yeni səhnə əsərinin hazırlıq prosesinə mayın 13-də başlanılıb. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Vasif Hüseynli, rəqslərin tərtibatçısı Vüsal Mehrəliyevdir.

İlk dəfə müraciət olunan səhnə əsərində rolları əməkdar artistlər Leyli Vəliyeva, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Manaf Dadaşov, Elnur Kərimov, Elşən Çarhanlı və başqaları ifa edəcəklər.

 

Mədəniyyət.- 2015.- 15 may.- S. 4.