Xalça Muzeyində “açıq qapı” günü

Azərbaycan Xalça Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “açıq qapı” keçirilib. 16-18 may tarixində gerçəkləşən aksiyanın ilk günündə böyüməkdə olan nəslə təbiəti, ətraf mühiti və hər bir canlını sevmək, ona qayğı göstərmək hissini aşılamaq məqsədilə “Təbiətimiz, tariximiz, ənənəmiz” adlı tədbir təşkil edilib.

Həmçinin Dənizkənarı Milli Parkda “Friends” himayədarlıq təşkilatı sahibsiz heyvanlar üçün “Siz bizə lazımsınız” adlı xeyriyyə aksiyası keçirib, eləcə də Günel Əlizadənin əl işlərindən ibarət satış-sərgi açılıb.

Muzeyə gələnlərə “Uşaq muzeyi”nin hazırladığı “Xalça ilmədən başlayır” adlı tamaşa təqdim edilib. “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi-Memarlıq Qoruq-Muzeyinin təqdim etdiyi “Rəngarəng duyğular”, uşaqların güllərdən hazırladıqları rəsm sərgiləri də maraqla qarşılanıb.

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 14.