“Nabat"ın mükafatı Kann festivalında təqdim olunub

Rejissor Elçin Musaoğlunun «Nabat» filmi 30 aprel - 7 may tarixlərində keçirilən Tripoli beynəlxalq kinofestivalında (Livan) «Ən yaxşı tammetrajlı bədii film» mükafatına layiq görülüb. Mükafatı təqdim etmək məqsədilə festivalın direktoru Elias Xlat filmin beynəlxalq distribütoru Nasrine Medard de Chardon ilə birgə Kann kinofestivalında təşkil olunan Azərbaycan pavilyonuna təşrif buyurub.

Mükafat “Azərbaycanfilm” kinostudiyasının direktoru, Azərbaycan Prodüserlər Gildiyasının sədri və «Nabat» filminin prodüseri Müşfiq Hətəmova təqdim edilib. O, qonaqlara təşəkkür edərək Tripoli festivalı ilə əməkdaşlığın davam edəcəyini bildirib.

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 14.