«Turizm və qonaqpərvərlik tədqiqatları»nın yeni sayı çapdan çıxıb

Azərbaycan Turizm və Menecment Universitetinin «Turizm və qonaqpərvərlik tədqiqatları» beynəlxalq jurnalının 7-ci sayı işıq üzü görüb. Jurnalda Azərbaycan, Avstriya, Türkiyə, Ukrayna, Rusiya mütəxəssislərinin iqtisadiyyat, tarix və kulturologiyanın müxtəlif məsələlərinə dair elmi məqalələri toplanıb. Eyni zamanda turizm sahəsində aparılan tədqiqatlar, turizm bazarında baş verən proseslər haqqında məlumatlar, həmçinin iqtisadiyyat, tarix və sənətşünaslıq istiqamətlərini əhatə edən yazılar dərc edilib.

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 14.