İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələr inkişaf edir

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Forumda iştirak edən İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.

Görüşdə nazir Azərbaycanın müsəlman ölkələri ilə müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrə xüsusi diqqət verdiyini vurğulayıb. İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, müxtəlif sahələrdə birgə layihələrin həyata keçirildiyi qeyd olunub.

Bakıda üçüncü dəfə gerçəkləşən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayan qonaq bu tədbirin müxtəlif fikirlərin dinlənilməsi və tətbiqi baxımından önəm kəsb etdiyini deyib.

Söhbət zamanı ölkəmiz ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

 

Mədəniyyət.- 2015.- 20 may.- S. 6.