Mədəniyyət və turizm naziri Misirin media təmsilçiləri ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Misirin kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşüb. Görüş zamanı Azərbaycan-Misir mədəniyyət və turizm əlaqələrindən söz açılıb. İki ölkə arasında qarşılıqlı mədəniyyət günləri və incəsənətin müxtəlif sahələri üzrə həyata keçirilən əməkdaşlıq haqqında söhbət aparılıb.

Həmçinin turizm sahəsində Azərbaycan-Misir əməkdaşlığının genişləndiyi və çoxsaylı azərbaycanlı turistlərin Misirə səfər etdiyi vurğulanıb. Nazir diqqətə çatdırıb ki, Azərbaycan tərəfi də Misirdən daha çox turistin ölkəmizə gəlməsində maraqlıdır.

 

Mədəniyyət.- 2015.- 22 may.- S. 5.