Ölkəmiz Batumidə beynəlxalq turizm sərgisində təmsil olunur

 

Mayın 20-də Batumidə «EXPO Batumi-2015» 8-ci beynəlxalq turizm və hotelçilik sərgisi açılıb. GEONET EXPO-nun təşkil etdiyi sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, İsrail, Litva, Polşa, Almaniya, Belarus və digər ölkələrin turizm və hotelçilik şirkətləri iştirak edirlər. Sərgi iştirakçıları üçün informasiya turları, müxtəlif təqdimatlar və s. tədbirlər də nəzərdə tutulub. Sərgi mayın 22-də başa çatacaq.

 

Fəxriyyə

 

Mədəniyyət.- 2015.- 22 may.- S. 3.