Şokoladdan suvenir hazırla!

 

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı ustad dərsi

 

Xəbər verdiyimiz kimi, dünyanın 40-dan çox ölkəsində təqdim olunmuş "Nikolya" şokolad muzeyinin müəllif sərgisi mayın 16-dan Bakıda nümayiş etdirilir. Sərgi iyunun 28-dək davam edəcək.

Sərginin müəllifi Nikolay Popov xüsusi olaraq 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar mayın 27-də saat 15:00-da Muzey Mərkəzində çoxuşaqlı ailələr və uşaq evindən olan uşaqların iştirakı ilə ustad dərsi keçəcək.

Ustad dərsinə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri də dəvət olunublar.

Hər bir iştirakçı şokolad ustasının köməyi ilə “Bakı 2015” I Avropa Oyunlarına həsr olunmuş şokolad (martsipan) suvenir hazırlayacaq. Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

 

Mədəniyyət.- 2015.- 27 may.- S. 16.