Cəlil Məmmədquluzadənin ev-muzeyinin səyyar sərgisi

 

Cəlil Məmmədquluzadənin ev-muzeyi 19-21 may tarixində Kürdəxanı qəsəbəsində yerləşən Mədəniyyət evində “C.Məmmədquluzadə və mollanəsrəddinçilər ədəbi məktəbi” adlı səyyar sərgi nümayiş etdirib. Sərgini ziyarət edən şagirdlərə, qəsəbə sakinlərinə muzey əməkdaşları tərəfindən Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı, “Molla Nəsrəddin” jurnalının tarixi haqqında mühazirələr oxunub, muzeyin fəaliyyəti barədə məlumat verilib.

 

Mədəniyyət.- 2015.- 27 may.- S. 14.