Avropa Oyunları uşaqların gözü ilə

Mayın 19-da Qazax rayon Mərkəzi kitabxanası uşaq şöbəsinin təşkilatçılığı ilə “Bakı-2015” I Avropa Oyunları uşaqların gözü ilə” adlı tədbir keçirilib. MKS-nin direktoru Solmaz Babanlı kitabxanalarda I Avropa Oyunlarının təbliği barədə danışıb. Digər çıxış edənlər I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu vurğulayıblar. Tədbirdə fəal oxucuların idmana həsr olunmuş şeirləri dinlənilib. Sonda “Bakı-2015” I Avropa Oyunları uşaqların gözü ilə” adlı kitab sərgisi və fəal oxucuların Oyunlara həsr edilən rəsm əsərlərinə baxış keçirilib.

 

Mədəniyyət.- 2015.- 27 may.- S. 9.