Bakıda Litva-Azərbaycan gecəsi

Litva turizminin təbliği ilə bağlı təqdimatlar keçirilib

 

Mayın 20-də Litva Dövlət Turizm Departamentinin, bu ölkənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Litva-Azərbaycan gecəsi" adlı tədbir keçirilib.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak edib. Nazir müavini çıxışı zamanı Azərbaycan-Litva arasında turizm mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb, gələcəkdə Litvada da Azərbaycanın tanıtımına həsr olunmuş belə tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu deyib. Nazim Səmədov Azərbaycanla Litva arasında mövcud turizm əlaqələrinin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Tədbirdə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri də iştirak ediblər. Gecədə Litva turizminin təbliği ilə bağlı təqdimatlar keçirilib və ikitərəfli turizm əlaqələrinin genişlənməsi üzrə müzakirələr aparılıb.

 

Mədəniyyət.- 2015.- 27 may.- S. 7.