Bakı Uşaq Teatrının direktoru mükafatlandırılıb

 

Mədəniyyət sahəsində xidmətlərinə görə və anadan olmasının 50 illiyi münasibətilə Bakı Uşaq Teatrının bədii rəhbəri və direktoru İntiqam Soltan oğlu Həsənli Mədəniyyət və Turizm Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub və mükafatlandırılıb.

1965-ci il mayın 11-də Naxçıvan MR-in Ordubad rayonunun Nürgüd kəndində anadan olan İntiqam Soltan Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) məzunudur. Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, «Körpəm» Eksperimental Uşaq Teatrının yaradıcısı və rəhbəridir.

Aktyorluq fəaliyyətinə İrəvan Dövlət Azərbaycan Dram Teatrında başlayıb. 1994-cü ildə Azərbaycan Dövlət Gənclər Teatrına dəvət alıb. 1990-cı ildə yaratdığı "Körpəm" Eksperimental Uşaq Teatrı Azərbaycanda ilk peşəkar uşaq teatrı və azyaşlılara teatr sənətini öyrədən ilk müəllif məktəbi olub. 2002-ci ildə İntiqam Soltan Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri təyin olunub. Yubilyarı təbrik edir, yeni yaradıcılıq uğurları arzu edirik.

 

Mədəniyyət.- 2015.- 27 may.- S. 6.