Lənkəran teatrının aktrisası mükafatlandırılıb

 

Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artist Böyükxanım Əliyeva 70 illik yubileyi münasibətilə teatr sənəti sahəsində uzunmüddətli və səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

Əliyeva Böyükxanım Həsənbala qızı 1945-ci ildə anadan olub. Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsində təhsil alıb. 1973-cü ildən bu günədək Lənkəran Dövlət Dram Teatrında çalışır.

Teatr sahəsində səmərəli fəaliyyətinə görə 1979-cu ildə “Əməkdar artist”, 2000-ci ildə isə “Xalq artist” fəxri adlarına layiq görülüb. Aktrisa Lənkəran Dövlət Dram Teatrında gənc aktyor nəslinin yetişməsinə də töhfələrini verir.

 

Mədəniyyət.- 2015.-  4 noyabr.- S. 7.