Dövlətçiliyimizin rəmzi

 

Bakı Şəhər İcra Hakimiyyətinin kino xidməti idarəsi 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş “Dövlətçiliyimizin rəmzi” adlı tədbir keçirib.

Noyabrın 6-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin “N” hərbi hissəsində gerçəkləşən tədbirdə Kino xidməti idarəsinin rəisi Gültəkin Həsənova zabit və əsgərləri bayram münasibətilə təbrik edib, dövlət bayrağının tarixindən danışıb.

Sahil mühafizəsi rəisinin şəxsi heyət üzrə müavini, polkovnik-leytenant Elnur Həbibov bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Xalq Cümhuriyyətinin varisi elan edərkən, onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını qəbul edib.

Sonda vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.

 

Mədəniyyət.- 2015.- 11 noyabr.- S. 12.