Gənc rəssamın rənglər dünyası

 

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Andrey Ukleinin fərdi sərgisi açılıb.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov müəllifin yaradıcılığından danışıb. Bildirib ki, bu, Andrey Ukleinin ikinci fərdi sərgisidir. O, peşəkar rəssam olmasa da, istedadlı və zəhmətsevərdir.

A.Ukleinin müəllimi Tamilla Qurbanova yetirməsini sərgi münasibətilə təbrik edib, onun yaradıcılıq üslubundan söz açıb. Bildirib ki, o, yaradıcılığını üslub çərçivələri və ya istiqamətlərlə məhdudlaşdırmır. A.Uklein sərginin təşkilatçılarına, habelə sərgiyə gələnlərə təşəkkürünü bildirib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar. Ekspozisiyada rəssamın 70-dən çox rəngkarlıq və qrafika əsəri təqdim olunub. Onların sırasında natürmortlar, mənzərələr, Pablo Pikassonun, El Qrekonun, flamand rəssamlarının əsərlərinin reproduksiyaları yer alıb.

 

Mədəniyyət.- 2015.- 13 noyabr.- S. 16.