Milli Dram Teatrı bədii rəhbərinin ingilisdilli jurnala müsahibəsi

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru, Xalq artisti Azərpaşa Nemət “Visions of Azerbaijan” jurnalına müsahibə verib.

Rejissor ingilisdilli jurnalın əməkdaşının suallarına cavabında teatr karyerası, indiyədək səhnəyə hazırladığı tamaşalar haqqında məlumat verib, teatr sənəti ilə bağlı təcrübəsindən söz açıb.

Xalq artisti Azərbaycan dramaturgiyası, səhnə həllini verdiyi tamaşalar, onun rejissor kimi formalaşmasında xidmətləri olan teatr xadimləri haqda fikirlərini də bölüşüb.

 

Mədəniyyət.- 2015.- 18 noyabr.- S. 4.