Beynəlxalq Turizm Akademiyasının bilik yarışmasında şagirdlərimizin uğuru

 

Türkiyənin Antalya şəhərində məktəbli və tələbələr arasında VII beynəlxalq olimpiada keçirilib. 1-8 noyabr tarixində gerçəkləşən bilik yarışması EDUANT Beynəlxalq Turizm Akademiyasının layihəsidir. Hər il olimpiadaya Türkiyə, Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna və Belarusdan məktəbli və tələbələr qatılırlar.

Layihənin əsas məqsədi istedadlı gənclərə dəstək vermək, ideya və təcrübə mübadiləsi, müxtəlif ölkələrdən məktəblilər, tələbələr və müəllimlər arasında əməkdaşlığın təşviqidir. Olimpiadanın qalibləri xaricdə xüsusi şərtlərlə təhsil almaq imkanı qazanırlar.

Builki yarışmada Bakı Modern Məktəbinin komandası uğurla iştirak edib. Turqay Qaybalıyev (VI sinif) riyaziyyat və ingilis dili fənlərindən qızıl medal qazanıb. Cəmilə Seyidova (XI sinif) rus dili və riyaziyyat fənlərindən, Emil Hacıyev, Fərid İsmaylov, Kamal Xəlilov (VI sinif) ingilis dilindən bürünc medala layiq görülüblər, Leyla İsmayılova (VI sinif) isə ingilis dili fənnindən 4-cü yeri tutub.

 

Mədəniyyət.- 2015.- 20 noyabr.- S. 15.