Amerikanın caz qrupu Bakıda konsertlər verib

 

14-18 noyabr tarixlərində ABŞ səfirliyinin təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan amerikalı caz ifaçısı Gabrielle Stravelli və onun qrupu Azərbaycan Milli İncəsənət Muzeyində konsertlər verib və yerli musiqiçilər üçün ustad dərsləri keçib. Giriş sərbəst (pilsuz) olan konsert proqramları böyük maraq doğurub.

Qabriel Stravelli və onun qrupu ABŞ-ın Dövlət Departamentinin Amerika musiqisinin xaricdə təbliği proqramı çərçivəsində Azərbaycana ilk dəfə səfər edib. Müxtəlif mükafatlar qazanmış cazmen özünün məşhur mahnılarını və yeni kompozisiyaları təqdim edib.

Noyabrın 18-də Amerikanın caz ifaçısı YARAT Müasir İncəsənət Məkanında da geniş konsert proqramı ilə çıxış edib. Canlı Amerika caz musiqisi ilə maraqlanan çoxsaylı tamaşaçılar Qabriel Stravellinin ifasında səslənən bir-birindən bənzərsiz musiqi nömrələrindən zövq alıblar.

 

Mədəniyyət.- 2015.- 20 noyabr.- S. 8.