Əməkdar artist mükafata layiq görülüb

 

Əməkdar artist Nofəl Vəliyev Türkiyədə səyyar tamaşalar layihəsi çərçivəsində Antalya Bələdiyyə Teatrında hazırladığı səhnə əsərinə görə "XV Direklerarası Seyirci Ödülləri" mükafatı ilə təltif olunub. O, Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırladığı tamaşaya görə mükafatlandırılıb. Xatırladaq ki, səhnə əsərinin işıq üzrə rəssamı Vadim Kuskov, musiqi tərtibatçısı İhsan Kılavuz, rejissor assistenti Ruteba Tatlıdır. Tamaşada rolları türkiyəli aktyorlar ifa edib.

 

Mədəniyyət.- 2015.- 20 noyabr.- S. 7.