Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinə yeni rəis təyin edilib

 

Mədəniyyət və turizm nazirinin və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birgə razılığı əsasında Mehman Şakir oğlu Şükürov Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub.

M.Şükürov Azərbaycan Dövlət İncəsənət Universitetini bitirdikdən sonra Sumqayıt şəhərində mədəniyyət müəssisələrində bir sıra vəzifələrdə çalışıb. 1997-2014-cü illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru işləyib. Mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə 2008-ci ildə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

Qeyd edək ki, şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin (idarələrinin) rəhbərləri nazirliklə yerli icra hakimiyyətinin ümumi razılığı əsasında təyin edilir.

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin keçmiş rəisi Namiq Qaffarov bir neçə gün öncə öz xahişi əsasında tutduğu vəzifədən azad edilib.

 

Mədəniyyət.- 2015.- 20 noyabr.- S. 4.