“Uşaqların sevincli dünyası”

 

Noyabrın 21-də Heydər Əliyev Sarayında “Uşaqların sevincli dünyası” adlı musiqili-əyləncəli konsert proqramı keçirilib.

Proqramda “Aysel”, “Zirvə”, “Asiman” rəqs qruplarının iştirakı ilə milli və müasir rəqslər təqdim olunub. Muğam, aşıq ifaları, illüziya şousu və rəngarəng çıxışların da yer aldığı konsert izləyicilərdə xoş təəssürat yaradıb.

 

Mədəniyyət.- 2015.- 25 noyabr.- S. 6.