Tərcümə Mərkəzi "Mir" telekanalına etiraz edib

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi "Mir" telekanalının direktoru Yekaterina Abramovaya etiraz məktubu ünvanlayıb. Məktubda telekanalın 23 noyabr tarixində efirə gedən “180 minut novostey na zavtrak" proqramında Nizami Gəncəvinin “dahi fars şairi” kimi təqdim olunmasına etiraz bildirilir. Sözügedən proqramda dünyanın ən gözəl metro stansiyaları haqqında süjetdə Bakı metrosunun "Nizami" stansiyasının "dahi fars şairi Nizami Gəncəvinin adını daşıdığı” qeyd edilib.

Etiraz məktubunda bu fakt Azərbaycana, onun milli-mədəni tarixinə sayğısızlıq kimi qiymətləndirilib. Məktuba Nizami Gəncəvi barədə qısa bioqrafik məlumat da əlavə edilib.

 

Mədəniyyət.- 2015.- 27 noyabr.- S. 15.