İSESCO-nun mükafatları təqdim edilib

 

İSESCO Baş Konfransının 12-ci sessiyasının açılış iclasından əvvəl qurumla əməkdaşlığın inkişafına göstərdiyi xidmətlərə görə bir sıra üzv dövlətlərin ali nümayəndələrinə mükafatlar təqdim edilib.

Mükafata layiq görülənlər arasında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də var. İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri mükafatları təqdim edib. Təltif olunanlar sırasında Qətər, Fələstin, Pakistan, Sudan və digər üzv dövlətlərin nümayəndələri yer alıb.

Sonra qurumun elm və təhsil üzrə mükafatları təqdim edilib. Bu mükafata Birləşmiş Ərəb Əmirlikləri, İran, Nigeriya, Sudan, Seneqal, Oman və digər dövlətlərin təmsilçiləri layiq görülüb.

 

Mədəniyyət.- 2015.- 27 noyabr.- S. 5.