Azərbaycanın nümunəsindən istifadə etməyi düşünürük

 

“Prezident İlham Əliyevlə birlikdə İSESCO Baş Konfransının 12-ci sessiyasının açılışında iştirakı özümüzə şərəf hesab edirik. Eyni zamanda, bu gözəl ölkədə belə bir tədbirdə iştirak etməkdən qürur duyuruq”.

Bu sözləri Küveyt Dövlətinin nümayəndə heyətinin rəhbəri, təhsil nazirinin müavini Heysam Saleh əl-Əsəri deyib.

Tədbirin digər mühüm hadisə ilə eyni vaxtda təsadüf etdiyini söyləyən nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Küveyt Somali üçün donor ölkələrin konfransını keçirir və müsəlman dövlətləri də bu işə öz töhfələrini verirlər.

Küveyt şəhərinin 2016-cı il üçün “İslam mədəniyyətinin paytaxtı” seçildiyini bildirən Heysam Saleh əl-Əsəri deyib: “Düşünürük ki, biz bu məsələdə Azərbaycanın nümunəsindən istifadə edə bilərik. Çünki Bakı da “İslam mədəniyyətinin paytaxtı” olub və bu yolda mühüm addımlar atıb”.

 

Mədəniyyət.- 2015.- 27 noyabr.- S. 5.