Sülh uşaqların təbəssümüdür

 

Sumqayıt şəhər Mərkəzi kitabxananın H.Z.Tağıyev adına 7 saylı uşaq kitabxanasında “Sülh aylığı” çərçivəsində müxtəlif tədbirlər keçirilib. Bugünlərdə kitabxana əməkdaşları 11 və 43 saylı uşaq bağçasında körpə fidanlar üçün “Göyərçinik biz...” adlı səhərcik təşkil ediblər. Kitabxananın əməkdaşı G.Həsənova “Sülh aylığı”nın əhəmiyyətindən danışıb. Bildirilib ki, sülh balaca fidanların təbəssümüdür. Sülhün carçıları gələcəyimiz olan uşaqlardır. Uşaqlar açıq səma, ata-analı yaşamaq arzusundadır. Uşaqların ifasında Vətənə, bayrağa, anaya aid şeir və mahnılar dinlənilib.

 

Mədəniyyət.- 2015.- 2 oktyabr.- S. 15.