“Təcrübə müddətində çox şey öyrəndik”

 

ATMU-nun xarici hotellərdə təcrübə keçmiş tələbələri təəssüratlarını bölüşdülər

 

Azərbaycan TurizmMenecment Universitetində (ATMU) təhsilin təcrübə ilə əlaqələndirilməsinə, tələbələrin yerli turizm müəssisələrində və xarici ölkələrdə təcrübə keçməsinə xüsusi önəm verilir. Tələbələrin xaricdə təcrübə keçməsi ilə bağlı ATMU ayrı-ayrı ölkələrin müvafiq təşkilatları, Azərbaycandakı səfirlikləri ilə əməkdaşlıq müqavilələri imzalayıb. Turizmlə məşğul olan qurumlar, o cümlədən bir neçə turizm şirkəti də bu məsələdə ATMU-yə yaxından kömək edir.

 

Bu əməkdaşlıq tələbələrin keyfiyyətli və hazırlıqlı kadr kimi yetişməsində mühüm rol oynayır. 2014-2015-ci tədris ilində universitetinin 3-cü kursunu bitirən tələbələr üçün 20 həftəlik təcrübə müddəti müəyyənləşdirilib və bütün tələbələr bu təcrübəni keçiblər. Onlardan 47 nəfəri Türkiyə, Şimali Kipr, İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Almaniyada, 261 nəfər isə Azərbaycanda istehsalat təcrübəsində olublar.

 

“Təcrübi biliklərin keyfiyyəti nəzəri biliklərdən asılıdır”

 

Universitetin bu yay xaricdə təcrübə keçən tələbələrindən bir neçəsi ilə görüşüb təəssüratlarını öyrəndik.

İqbal Aslanlı ATMU-nun turizm və qonaqpərvərlik fakültəsinin turizmhotelçilik qrupunun 4-cü kursunda təhsil alır. İstehsalat təcrübəsini İstanbuldaThe Marmara Taksim” hotelində keçib. Müsahibim deyir ki, təhsil müddətdə bizə öyrədilən biliklər təcrübə zamanı çox köməyimizə gəldi. Təcrübi biliklərin keyfiyyəti nəzəri biliklərdən asılıdır. O cümlədən burada xarici dilləri (ingilis, rus, ispan) öyrənməyimiz həm hotel işinin daha dərindən mənimsənilməsinə, həm də gələn qonaqlara xidmət baxımından xeyirli oldu. Hotel rəhbərliyi də artıq görürdülər ki, biz işin nəzəri cəhətlərini bilirik. Təcrübə müddətində mən də “The Marmara Taksimhotelin kollektivinin bir üzvünə çevrilməyə və öz xidmətimlə ölkəmizin, universitetimizin adını doğrultmağa çalışırdım”.

İqbal deyir ki, onunla bərabər Türkiyədən də tələbələr təcrübə keçirdilər. Orada Azərbaycan və Türkiyənin turizm təhsilində fərqi görmək olurdu. Onlar daha çox təcrübi biliklərə üstünlük verdiklərindən xidmətdə nəzəri cəhətdən biliklərinin zəif olduğu ortaya çıxır.

Rəfiqə Nuriyeva da İqbal Aslanlı ilə eyni hoteldə istehsalat təcrübəsi keçib. Hotelinroom servis” (otaq xidməti) departamentində, hostess (qonaqların qarşılanma və yola salınması, nömrələrdə yerləşdirmə, hotel üzrə gid), kofeçay xidmətində çalışıb: “Təcrübə zamanı çox şey öyrəndim. Dünyanın müxtəlif ölkələrindən gələn turistlərlə ünsiyyət qurmaq və müştəri məmnuniyyətini qazanmaq çox vacibdir. Belə təcrübələr biz tələbələrə öz ixtisasımızı daha dərin öyrənməyə müsbət təsir göstərir”.

 

“Ölkəyə gələn hər bir turistə qayğı ilə yanaşılmalıdır”

 

ATMU-nun turizm və qonaqpərvərlik fakültəsinin turizmhotelçilik qrupunun 4-cü kurs tələbəsi Çinarə Həsənova Birləşmiş Ərəb Əmirliklərinin Al Khaiman şəhərində yerləşən “Waldorf Astoria Ras Al Khaiman” hoteldə təcrübə keçib. O da universitetdə aldığı təhsilin təcrübə müddətində böyük fayda verdiyini xüsusi vurğulayır: “ATMU-da təhsilə ciddi önəm verildiyinibu sahənin ölkəmiz üçün prioritet olduğunu bildiyimdən ali təhsil üçün məhz buranı seçdim. Bu ixtisasa böyük marağım var. Keçirilən dərslər, tədris olunan xarici dillər təcrübə müddətində daha yaxşı biliklər əldə etməyimizə yardımçı oldu. Təcrübə zamanı bizə tez-tez treninqlər keçirdilər. Elə nəzəri məsələlər olurdu ki, mən onları əvvəlcədən bilirdimcavab verirdim. Onlar soruşurdular ki, bunları haradan bilirsən. Sözsüz ki, bunların hamısını tədris prosesində öyrənmişdim”.

Nurlan İbrahimov da təcrübəsini Birləşmiş Ərəb Əmirliklərində, “Hilton Ras Al Khaiman Resort and Spa Hotel”də keçib. Beş ay davam edən təcrübə müddətində çoxlu biliklər qazandığını deyir, əvvəllər prosesinin çətin göründüyünü, sonra yavaş-yavaş öyrəndiyini bildirir: “Çalışdığımız hoteldə ən önəmli məqam turistlərə yüksək səviyyədə xidmət göstərilməsi, onların istəklərinin yerinə yetirilməsi ilə bağlı idi. Öyrəndiyimiz ən vacib məqam o oldu ki, ölkəyə gələn hər bir turistə qayğı ilə yanaşılmalı, onun rahatlığı təmin edilməlidir”.

Aysu Əhmədli isə təcrübə müddətini İsrailin Elat şəhərində yerləşən “Yam Suf” hotelində keçib: “Hotel işi mənim üçün çox maraqlıdır. Burada son dərəcə səbirli olmaq lazımdır. Hər müştərinin fərqli istəkləri olur. Təcrübə üçün İsraili özüm seçdim. Orada çox şey öyrəndim”. Çalışdığı hotelə dünyanın müxtəlif ölkələrində yaşayan yəhudilərin gəldiyini, onların içərisində Azərbaycan yəhudilərinin də olduğunu deyən həmsöhbətim ixtisasına uyğun böyük təcrübə qazandığını deyir: “Ümumiyyətlə, düşünürəm ki, 20 həftəlik təcrübə tələbələrə öz ixtisaslarını dərindən öyrənməyə çox kömək edir. Turizm elə bir sahədir ki, burada nəzəri biliklərdən daha çox təcrübə rol oynayır. Mən bu müddətdə demək olar ki, hotelin bütün işlərini öyrənə bildim. İndi istənilən hoteldə işləyə bilərəm”.

Fəqan Yusifli də İsraildə, “Royal Beach Hotel”də təcrübə keçib. Müsahibim birinci kursda Şimali Kipr Türk Cümhuriyyətində təcrübədə olduğunu deyir: “Hotel işi mənim üçün çox maraqlıdır. Şimali Kiprdə türk əhali, dil probleminin olmaması baxımdan işimiz asan idi. Amma İsraildə tamam fərqli bir mühit mədəniyyətlə qarşılaşdıq. Orada dünyanın müxtəlif yerlərindən, müxtəlif mədəniyyətlərə məxsus turistlər daha çox idi. İsrail kiçik ölkə olsa da, turizm yüksək səviyyədə inkişaf edib. Təcrübə müddətində çox şey öyrəndim. Düzdür, işimiz ağır idi. Günün çox hissəsini işdə olurduq. Amma həm maraqlı idi”.

Onu da qeyd edək ki, tələbələr işlədikləri müddətdə yüksək əməkhaqqı da alıblar. Bu da onlar üçün seçdikləri peşənin ilk qazancı kimi xüsusilə dəyərlidir.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2015.- 2 oktyabr.- S. 7.