Yunanıstan səfiri ilə görüş

 

Oktyabrın 14-də Azərbaycan TurizmMenecment Universitetində Yunanıstanın ölkəmizdəki səfiri Dimitrios Tsoungas ilə görüş keçirilib. Rektor Cəfər Cəfərov qonağa 10 illik yubileyi yaxınlaşan təhsil ocağı haqqında məlumat verib, xarici əlaqələrdən, nüfuzlu universitetlərlə tərəfdaşlıq münasibətlərindən danışıb.

Rektor ikitərəfli əməkdaşlığın vacibliyini qeyd edərək, ATMU-nun tələbələrinin Yunanıstanın nüfuzlu hotellərində istehsalat təcrübəsi keçmələri üçün yenə imkan yaradılacağına əminliyini bildirib.

Dimitrios Tsoungas səmimi qəbula və ali təhsil ocağı ilə bağlı ətraflı məlumata görə təşəkkür edib, universitetə gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Mədəniyyət.- 2015.- 16 oktyabr.- S. 4.