Qanlı Yanvar Braziliyada nümayiş olunub

 

Kinorejissor Vahid Mustafayevin Azərbaycanın müstəqillik tarixinin hüzn və şərəf səhifəsi olan 20 Yanvar hadisələrindən bəhs edən Qanlı Yanvar filmi Braziliyanın San Paulo şəhərində keçirilən 39-cu beynəlxalq Monstra film festivalında nümayiş olunub.

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov və Braziliyanın dövlət rəsmilərinin də qatıldığı təqdimatdan sonra film böyük maraqla qarşılanıb. "Qanlı Yanvar" filmi ölkəmizi bu festivalda təmsil edən ilk filmdir. Noyabrın 4-dək davam edəcək festival çərçivəsində film beş dəfə nümayiş olunacaq. Bu vəsilə ilə festival iştirakçıları ölkəmiz haqqında da məlumat əldə edəcəklər.

 

Mədəniyyət.- 2015.- 28 oktyabr.- S. 10.