Yeni mövsümün yeni bələdçisi

 

Baku Guide” bələdçi kataloqunun sentyabr sayı çapdan çıxıb

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, “Mədəniyyət” qəzetinin əlavəsi olaraq nəşr edilən “Baku Guide” bələdçi kataloqunun sentyabr sayı çapdan çıxıb. Bələdçi kataloqunun bu sayında yeni teatrkonsert mövsümünün başlanması ilə bağlı geniş repertuarın təqdimatına, eləcə də paytaxtın mədəni, işgüzar həyatını əhatə edən tədbirlərə, müxtəlif mövzularda yazılara yer verilib.

 

Şəhərimizin qonaqları və Bakı sakinləri teatrların və konsert salonlarının sentyabr ayı üzrə afişası, muzey və sərgi salonlarının tədbirləri barədə ətraflı məlumat ala və istirahətlərini daha maraqlı keçirmək üçün geniş seçim imkanı qazanacaqlar.

18 sentyabr - Milli Musiqi Günü ilə bağlı yazı, Üzeyir Hacıbəylinin 130 illiyi münasibətilə 18-28 sentyabr tarixlərində keçiriləcək VII Beynəlxalq Musiqi Festivalının tam repertuarı, “Dünya musiqi xəzinəsində Azərbaycan adları” adlı məqalə xüsusilə musiqisevərlərin ürəyincə olacaq. Məqalədə ölkəmizin mədəniyyət və musiqi tarixində silinməz iz qoyan böyük sənətkarlar barədə məlumat verilib.

Kataloqda həmçinin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 16-18 sentyabr tarixlərində baş tutacaq IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının proqramı da yer alıb.

27 sentyabr - Dünya Turizm Günü, həftəsonu turlar, bu yaxınlarda istifadəyə verilən dünya səviyyəli yeni müalicə və turizm mərkəzi - “Qalalaltı Hotel& Spa” haqqında material turizm və səyahət həvəskarlarının diqqətini çəkəcək.

Azərbaycan, ingilisrus dillərində hazırlanan nəşrdə yerlixarici filmlərin həvəskarları da diqqətdən kənarda qalmayıb. Kinoafişa bölməsində paytaxtın aparıcı kino nümayişi mərkəzlərinin yayımladıqları filmlər və onlar haqqında qısa məlumatlar verilib. Gənclərin maraq dairəsində olan əyləncə gecələri və partilər haqqında məlumatlar isə “EVENTS” bölməsində işıqlandırılıb.

“Azərbaycan mətbəxi” rubrikasında oxucular manqal salatının hazırlanma qaydası ilə tanış olacaqlar.

Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Kataloqda həmçinin şəhərdəki hotel, restoran, ticarət və əyləncə məkanları, turizm agentləri, aviakassalar, avtomobil kirayəsi və s. barədə məlumatlar almaq mümkündür.

 

Mədəniyyət.- 2015.- 2 sentyabr.- S. 16.