Balakənli gənclər “Dolu” filminə tamaşa ediblər

 

Balakən Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən “Aktiv Gənclər Klubunda Azərbaycan kinosunun təbliği məqsədilə “Movie klub” adlı dərnək təşkil edilib.

Klub hər həftə bir filmi nümayiş etdirir. Bu dəfə gənclərə Qarabağ müharibəsindən bəhs edənDolufilmi təqdim olunub.

Filmin Heydər Əliyev Mərkəzində keçirilən nümayişindən əvvəl Qubadlı rayonunun Ermənistan hərbi birləşmələri tərəfindən işğalından 22 il ötdüyü diqqətə çatdırılıb. Erməni millətçilərinin xalqımızın başına gətirdikləri müsibətlərdən bəhs olunub, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nümayiş başa çatdıqdan sonra gənclərin film barədə fikirləri öyrənilib, vətənpərvərlik mövzusunda söhbət aparılıb.

 

Mədəniyyət.- 2015.- 2 sentyabr.- S. 10.