İctimai Televiziya Radionun 10 yaşı qeyd edildi

 

Azərbaycanın efir məkanına 2005-ci ilin 29 avqustunda gələn İctimai Televiziya Radio Yayımları Şirkəti ötən 10 il müddətində geniş tamaşaçı dinləyici auditoriyası toplayaraq milli media məkanında mühüm yer tutub. Ölkənin mədəni həyatına öz töhfələrini verən, maraqlı verilişlər, könül oxşayan konsertlər, yaddaşlara iz salan televiziya sənədli filmlər, günün nəbzini tutan xəbərlər cəmiyyətin diqqətini çəkən tok-şoularla tamaşaçı rəğbətini qazanmış İctimai Televiziya Radionun keçdiyi yol zəngin maraqlıdır.

 

Televiziya hər bir xalqın, hər bir ölkənin güzgüsüdür. Bu baxımdan İctimai Televiziya da üzərinə düşən missiyanı layiqincə yerinə yetirdi, rəngarəng verilişlər, proqram layihələrlə xalqın zövqünü oxşadı. Peşəkarlıq səviyyəsi, operativliyi, qərəzsizliyi ilə seçilən İTV, ölkə həyatının bütün sahələri ilə yanaşı, Azərbaycan mədəniyyəti incəsənətini, onun ən müxtəlif yaradıcılıq istiqamətlərini, milli-mənəvi dəyərləri, tarixi keçmişimizi, bu günümüzü respublikamızda onun hüdudlarından kənarda təbliğ edir.

Avqustun 28-də Azərbaycan Dövlət Filarmoniyasında İctimai Televiziya Radio Yayımları Şirkətinin 10 yaşı münasibətilə keçirilən yubiley tədbirində Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclis sədrinin müavini Bahar Muradova, mədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev, digər dövlət hökumət nümayəndələri, millət vəkilləri, mədəniyyət incəsənət xadimləri iştirak edirdi.

Öncə media qurumunun fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.

İctimai Televiziya Radio Yayımları Şirkətinin baş direktoru, Əməkdar incəsənət xadimi, professor Cəmil Quliyev tədbiri açaraq maraqlı layihələrlə tamaşaçı auditoriyasının sevgisini qazanan telekanalın fəaliyyətinə nəzər saldı. Diqqətə çatdırdı ki, ötən müddət ərzində İTV daim Azərbaycan Prezidenti İlham Əliyevin qayğısını hiss edib: “Bunun bariz nümunəsidir ki, milli mətbuatımızın 140 illiyi münasibətilə təltif olunan media nümayəndələri arasında İctimai Televiziyanın əməkdaşları da yer alıb. Bütün bunlara görə televiziyamızın kollektivi adından dövlətimizin başçısına təşəkkürümü bildirirəm”.

Baş direktor bundan sonra da telekanalın öz ənənəsinə sadiq qalaraq Azərbaycan xalqının yüksək səviyyəli efir təminatına çalışacaqlarını tamaşaçıların izlədiyi telekanal ünvanını qoruyacaqlarını dedi.

İctimai Televiziya Radio Yayımları Şirkəti Yayım Şurasının sədri, professor Cahangir Məmmədli bildirdi ki, on ildir Azərbaycan cəmiyyətinə şərəflə xidmət edən televiziya bundan sonra da öz missiyasını layiqincə davam etdirəcək: “İTV yarandığı gündən tərəfsiz, obyektiv informasiyaları, rəngarəng verilişləri ilə auditoriyanın rəğbətini qazanıb. Bu gün proqram siyasətində öz ənənəsinə sadiq qalır. Azərbaycan vətəndaşlarının marağına uyğun olaraq milli mənəvi dəyərlərimizi qorumaq, plüralizmi inkişaf etdirmək yolunda səylərini davam etdirməkdədir. Əminik ki, tamaşaçı dinləyici qəlbinə yol tapan İctimai Televiziya Radio bundan sonra da yeni formatlarda hazırladığı proqramlarla izləyicilərin dinləyicilərin görüşünə gələcək”.

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev yubiley münasibətilə televiziyanın kollektivini təbrik etdionlara fəaliyyətlərində daha böyük uğurlar arzuladı. Azərbaycan dövlətinin mətbuat, informasiya, o cümlədən teleradio siyasətinin əsasını ümummilli lider Heydər Əliyevin qoyduğunu xüsusi vurğulayaraq bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı: “Dünya sivilizasiyasının bir hissəsi olan Azərbaycanda azad sözə, plüralizmə, əxlaqi-mənəvi maariflənməyə, ümummilli maraqların ifadəsinə olan tələbat İctimai Televiziyanın yaranması məsələsini gündəmə gətirib. Dövlətimizin başçısı İlham Əliyev 2004-cü il noyabrın 5-də Azərbaycan xalqının arzu və istəklərinin ifadəsi kimi "İctimai TeleviziyaRadio Yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb. Bundan sonra İTV-nin maddi-texniki bazasının formalaşması istiqamətində mühüm işlər görülüb. Televiziyanın fəaliyyətə başlaması münasibətilə təşkil olunan mərasimdə iştirak edən dövlətimizin başçısı yeni telekanalın Azərbaycanın efir məkanında layiqli yer tutacağına əminliyini ifadə edib. İTV bütün ümidləri doğrultdu. Telekanal Azərbaycanın zəngin və rəngarəng efir məkanında tamamilə fərqli - ictimai yayım prinsiplərinə uyğun proqram siyasəti yürütdü. Azərbaycan teleməkanına yeni nəfəs gətirdi və öz ənənəsinə bu günsadiqdir”.

Prezident Administrasiyasının rəsmisi onillik zaman kəsiyinin bu telekanalın inkişafı üçün yetərli olduğunu dedi, İTV-nin artıq bir ictimai institut kimi formalaşdığını bildirdi.

Tədbirdə Azərbaycan Respublikası Milli TeleviziyaRadio Şurasının sədr müavini Qafar Cəbiyev, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov və Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov çıxış edərək İTV-nin yaradıcı kollektivini 10 illik yubileyləri münasibətilə təbrik etdilər, onlara işlərində uğurlar arzuladılar.

Çıxışlarda kanalın özünəməxsus verilişləri, inkişaf meyli ilə fərqləndiyi, ictimaiyyətin bütün təbəqələrinə xidmət etdiyi diqqətə çatdırıldı.

Bir sıra təşkilatlar adından İctimai TeleviziyaRadionun rəhbərliyinə fəxri fərmanlar, təşəkkürnamə və hədiyyələrin təqdim olunduğu yubiley gecəsi rəngarəng konsert proqramı ilə davam etdi.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2015.- 2 sentyabr.- S. 5.