"Xortdanın cəhənnəm məktubları" tamaşası böyük əks-səda doğurub

 

Xəbər verdiyimiz kimi, Rusiya Federasiyası Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrının bədii rəhbəri, Rusiyanın Əməkdar incəsənət xadimi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin əsəri əsasında "Xortdanın cəhənnəm məktubları" tamaşasını hazırlayıb.

İki teatr arasında yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən səhnələşdirilən tamaşa yerli mətbuatla yanaşı, Rusiya mətbuatında da əks-səda doğurub.

Səhnə əsəri haqqında Kalmıkiyanın "Kalmıükaə pravda" qəzetində "Veçnıe istinı v postanovke Borisa Mandjieva" (“Boris Manciyevin quruluşunda əbədi həqiqətlər”) başlıqlı yazı dərc olunub.

Yazıda iki teatr arasında yaradıcılıq mübadiləsi, qastrol səfərləri, tamaşanın müvəffəqiyyəti, aktyorların peşəkar ifaları haqqında geniş məlumat verilib.

Yazı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz.

 

Mədəniyyət.- 2015.- 2 sentyabr.- S. 4.