"Kitablar aləminə səyahət"

 

Suraxanı rayonunda yeni nəşrlərin təqdimatı və satış-sərgisi təşkil olunub

 

Sentyabrın 3-də Bakı şəhərinin Suraxanı rayonundakı Heydər Əliyev parkında "Kitablar aləminə səyahət" adlı satış-sərgi təşkil olunub. Rayondakı Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə keçirilən sərgidə 10-dan artıq nəşriyyatın məhsulları nümayiş olunub.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Fərəc Quliyev tədbirdə iştirak ediblər.

Açılış mərasimindən sonra mövzu rəngarəngliyi ilə seçilən mətbu nəşrlərin təqdimatı və satışı keçirilib. Oxucular kitabları pərakəndə satış qiymətindən daha ucuz qiymətə almaq imkanı əldə ediblər.

Satış-sərgidə iştirak edən nəşriyyatların nümayəndələri sərgini ziyarət edən oxuculara geniş məlumat verərək onlara son dövrün çap məhsullarını təqdim ediblər.

 

Mədəniyyət.- 2015.- 4 sentyabr.- S. 5.