“Səfirliklər festivalı”nda Azərbaycan guşəsi

 

Rumıniyada fəaliyyət göstərən “Esku” Assosiasiyasının və Rumıniya Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Buxarest şəhərinin 4-cü sektorunda yerləşən parkda “Səfirliklər festivalı” keçirilib. Festivalda Rumıniyadakı səfirliyimiz tərəfindən Azərbaycan guşəsi yaradılıb. Guşədə festival iştirakçılarına Azərbaycanla bağlı suvenirlər, kitablar, broşürlər, turizm potensialımızı əks etdirən nəşrlər təqdim edilib, ölkəmiz barədə məlumatlar verilib.

 

Mədəniyyət.- 2015.- 9 sentyabr.- S. 7.