Azərbaycan poeziyasının Bəxtiyarı

 

Ağdaş rayon MKS-nin 9 saylı Pirkəkə kənd kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbirdə klub işçiləri, şagirdlər, kənd sakinləri iştirak edib.

Kitabxananın müdiri Sevinc Mustafayeva şairin həyat və yaradıcılığı barədə geniş məlumat verib. Məktəbli oxucular Murad Mustafayev, Fəridə Mustafayeva, Gülanə Məmmədova və başqaları müəllifin şeirlərini söyləyiblər. Sonda şairin kitablarından ibarət sərgiyə baxış keçirilib.

 

Mədəniyyət.- 2015.- 11 sentyabr.- S. 11.