“Nağıl otağı”nın balaca oxucuları

 

Sentyabrın 8-də Neftçala rayon MKS-nin Dördlər kənd kitabxana filialının azyaşlı oxucuları Mərkəzi kitabxananın uşaq şöbəsində fəaliyyət göstərən “Nağıl otağı”nın qonağı olublar. Burada balaca oxuculara video formatda təqdim olunan müxtəlif nağıllar onların böyük marağına səbəb olub. Daha sonra uşaqlar “Nağıl otağı”ndakı kitabjurnallara baxıb, istədikləri nəşrləri evdə oxumaq üçün götürüblər.

Rayonun Beşminlik kənd kitabxana filialının azyaşlı oxucuları isə sentyabrın 7-də Mərkəzi kitabxanadakı “Nağıl otağı”nda olublar. Uşaqlar şəkilli kitablara baxıblar. Onlar üçün kompüterdə maraqlı nağıl diskləri qoyulubuşaqlar böyük maraqla nağılları izləyiblər. Balacalar kitabxanaçılara buraya həmişə gəlmək istədiklərini bildiriblər.

 

Mədəniyyət.- 2015.- 11 sentyabr.- S. 11.