ATMU-da TEMPUS proqramı ilə bağlı növbəti görüş

 

Sentyabrın 9-da Azərbaycan TurizmMenecment Universitetində Avropa İttifaqının TEMPUS proqramının 5-ci çağırış “E-Notes - Azərbaycanda ECDL (European Computer Driving License) milli operatortest mərkəzlərinin yaradılması” layihəsi çərçivəsində görüş olub. Görüş 7-11 sentyabr tarixində layihənin tərəfdaş universiteti - Polşanın ElmTexnologiya Universitetinin (UTP) nümayəndələri tərəfindən monitorinqin aparılması ilə bağlı keçirilib.

Görüşdə ATMU-nun rektoru Cəfər Cəfərov, tədris işləri üzrə prorektor Eldar Aslanov, layihənin koordinatorları, Polşanın ElmTexnologiya Universitetinin nümayəndələri iştirak ediblər.

Rektor qonaqlarla söhbət əsnasında layihənin uğurla davam edəcəyinə və qarşıdakı illərdə Polşanın ElmTexnologiya Universiteti ilə də əlaqələrin genişlənəcəyinə əminliyini bildirib. “ECDL Azərbaycan” layihəsinin baş koordinatoru Ü.Bağırov ECDL (European Computer Driving Lisence) kompüter bilikləri və beynəlxalq sertifikat proqramına dair məlumat verib.

Qeyd edək ki, Azərbaycan TurizmMenecment Universiteti (ATMU) fəaliyyətə başladığı vaxtdan bir çox beynəlxalq layihələrin işlənib hazırlanmasında və icrasında maraqlı tərəflərdən biri kimi tanınıb. Universitet TEMPUS proqramının 5-ci çağırış “E-Notes - Azərbaycanda ECDL (European Computer Driving License) milli operatortest mərkəzlərinin yaradılması” layihəsi üzrə tərəfdaş ali təhsil müəssisələrindən biridir. Proqram üzrə ATMU-da 2014-cü ildən fəaliyyət göstərən test mərkəzi müasir texniki avadanlıqlarla təchiz edilib.

 

F.Hüseynov

 

Mədəniyyət.- 2015.- 11 sentyabr.- S. 7.