Azərbaycanlı ifaçı beynəlxalq müsabiqənin qalibi olub

 

Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri kafedrasının müəllimi, qanun ifaçısı Natəvan Həsənova ABŞ-daAmerican Protege International Concerto Competition 2015” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb. Müsabiqə Nyu-York şəhərindəki “Carnegie Hallda keçirilib.

Bir çox ölkələrdən musiqiçilərin iştirak etdikləri müsabiqədə N.Həsənova yüksək ifaçılıq məharətinə görə də mükafatlandırılıb. OnaBest Perfomance Awarddiplomu təqdim edilib.

Natəvan Həsənova Azərbaycan Milli Konservatoriyasında qanun müəllimi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblının solistidir.

 

Mədəniyyət.- 2015.- 11 sentyabr.- S. 2.