Elmi nəşrlərin öz oxucu dairəsi var

 

Beynəlxalq sərgi-yarmarkanın iştirakçılarından biri də AMEA-nın Mərkəzi Elmi Kitabxanasıdır.

Kitabxananın direktoru Leyla İmanova kitab sərgi-yarmarkasını elm adamları üçün əsl bayram hesab edir: “Bəzən illərlə axtarılan kitablarla məhz xarici ölkələrin nəşriyyatlarının stendlərində rastlaşmaq mümkün olur. Çox şadam ki, bir daha bu kitab bayramında iştirak edirik. Kitabxanamız ümumilikdə 116 adda kitabla sərgidə iştirak edəcək. Bu siyahıya iqtisadiyyat, incəsənət və memarlıq, ədəbiyyat, folklor, botanika, zoologiya, neft-kimya, fəlsəfə, torpaqşünaslıq, aerokosmikriyaziyyats. profilli ədəbiyyat daxildir. Bu gün Azərbaycan kitabının beynəlxalq arenada öz çəkisi var. Kitablarımız respublikadan kənarda beynəlxalq sərgilərdə ölkəmizi təbliğ edir. Hər bir kitab özündə ölkənin tarixini, mədəniyyətini əks etdirir”.

 

Lalə

 

Mədəniyyət.- 2015.- 16 sentyabr.- S. 13.