Uşaqların sevimli müəllifi

 

Sentyabrın 17-də IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində tanınmış şair, uşaq ədəbiyyatının görkəmli nümayəndəsi İlyas Tapdığın əsərlərindən ibarət "Biblioqrafiya" kitabının təqdimatı olub. Mədəniyyət və Turizm Nazirliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının dəstəyi ilə çap olunan kitab ədibin 80 illiyinə həsr edilib.

Biblioqrafiyada Azərbaycan və rus dillərində materiallar xronoloji qaydada qruplaşdırılıb, bölmə və yarımbölmələr daxilində isə materiallar əlifba prinsipi ilə düzülüb. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda şairin əsərlərinin və onun haqqında yazan müəlliflərin əlifba göstəricisi tərtib edilib.

Qeyd edək ki, müasir uşaq ədəbiyyatında çoxsaylı əsərlərin müəllifi kimi tanınan ədib ədəbiyyatımızın bu qolunun zənginləşməsində müstəsna xidmət göstərib.

 

Mədəniyyət.- 2015.- 18 sentyabr.- S. 5.