Odlar yurdunun böyük musiqi bayramı”

 

Sentyabrın 17-də Məmməd Səid Ordubadinin xatirə muzeyində Dövlət Din Tarixi Muzeyi ilə birgə “Odlar yurdunun böyük musiqi bayramı” mövzusunda dəyirmi masa keçirildi.

18 sentyabr - Milli Musiqi Gününə həsr olunan tədbiri muzeyin bələdçisi Nərmin Baxşıyeva açaraqMilli musiqi xəzinəsi” adlı məruzə ilə çıxış etdi. Bildirildi ki, Üzeyir Hacıbəylinin musiqisi və bütövlükdə yaradıcılığı Azərbaycan xalqı üçün misilsiz xəzinədir. Bu gün tam qətiyyətlə deyə bilərik ki, bir əsrdən çoxdur səslənən Üzeyir musiqisi Azərbaycan xalqının bədii mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib.

Din Tarixi Muzeyinin direktoru Münəvvər Babayeva, M.S.Ordubadinin xatirə muzeyinin elmi işçisi İradə Vəliyeva Üzeyir Hacıbəyli və Azərbaycan musiqisi mövzusunda çıxış etdilər.

Tədbirin sonunda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra, “Sevgili canan”, “Sənsiz” romansları, Fikrət Əmirovun M.S.Ordubadinin sözlərinə bəstələdiyi “Gülərəm, gülsən” mahnıları səsləndirildi.

 

Lalə

 

Mədəniyyət.- 2015.- 18 sentyabr.- S. 4.